12 iyun 2011 13:47
0:8 hesablı yenilginin şərhi
Qazaxıstan U-17 yığmasının məşqçisi Nikolay Stoyakin Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində bu gün keçirilən İspaniya ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:8 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“İspaniya yığması fiziki və texniki baxımdan çox yaxşı hazırlığa malik futbolçulardan təşkil olunmuş güclü komandadı. Layiqli qələbə qazandılar. Hesabın oyuna görə olduğunu etiraf etməliyik”.
