12 iyun 2011 13:53
Yetirmələri darmadağın etdi, baş məşqçi narazı qaldı
İspaniya U-17 yığmasının baş məşqçisi Santyaqo Denia Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində bu gün keçirilən Qazaxıstanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ispanların çalışdırıcısı 8:0 hesablı rekord nəticə ilə bağlı bunları dilə gətirib:
“Oyun bizim üçün yaxşı alındı. Bir çox komponentlərdə rəqibdən üstün idik. Buna baxmayaraq, çatışmayan cəhətlərlərimiz var. Növbəti oyunda eyni səhvləri təkrarlamamalıyıq”.
