12 iyun 2011 14:04
“Müdafiədə olduqca ciddi səhvlərə yol verdik”
Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində bu gün keçirilən Gürcüstanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:5 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“İspaniya millisinə qarşı keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu gün nisbətən yaxşı oynadıq. Uşaqlar mübarizəni sona qədər davam etdirdilər. İlk dəfədir ki, beynəlxalq turnirdə iştirak edirik və təcrübə baxımından rəqibdən geri qalmağımız açıq-aşkar görünürdü. Müdafiədə olduqca ciddi səhvlərə yol verdik”.
