12 iyun 2011 14:06
“İspaniya ilə oyuna daha ciddi hazırlaşmalıyıq”
Gürcüstan U-17 yığmasının baş məşqçisi Vasil Maisuradze Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində bu gün keçirilən Tacikistanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, qonşularımızın çalışdırıcısı 5:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Meydana qələbə üçün çıxmışdıq və müsbət nəticə qazandığımız üçün xoşbəxtəm. Komandada yorğunluq hiss olunurdu. Düşünürəm ki, bir günlük istirahət bizə yaxşı təsir edəcək. Qrup lideri olan İspaniya millisi ilə oyuna daha ciddi hazırlaşmalıyıq”.
