12 iyun 2011 16:23

Nazim Süleymanov: AZAL-a Avropa Liqasında inanmaq lazımdı

AZAL-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində komandasının transferlərindən, Avropa Liqasına və yeni mövsümə hazırlıqdan, eləcə də mümkün rəqiblərindən danışıb.
 
- Komandanızın hazırlıqları necə gedir?
- Biz hazırlıqlara iyunun 5-dən start vermişik. Futbolçular tibbi müayinədən keçiblər, normativlər götürülüb. Hazırda isə komanda gündə iki dəfə olmaqla hazırlıq keçir. Səhərlər dəniz kənarında qaçmağa üstünlük veririk. Əvəzedici heyətdən də iki futbolçunu əsas komandaya cəlb etmişik. Hazırda sıralarımızda yalnız iki futbolçu yoxdu – Ritus Krjauklis və Zohair Beunahi. Birinci yığmanın oyunlarından sonra 1-2 gün əlavə istirahət xahiş etdi və ona bunun üçün icazə vermişik. Elə Benuahi də 2 günə komandanın sıralarına qoşulmalıdı. Hazırlıq prosesinin gedişində iki yoldaşlıq matçı da keçirməyi planlaşdırırıq.
 
- AZAL ilə müqaviləniz başa çatmışdı. Artıq yeni müqavilə imzalamısız?
- Hələ ki, yox. Amma yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Əsas odu ki, komanda məşq edir və Avropa Liqasında uğurlu çıxış etməyə köklənib. Müqaviləni sonra da artırmaq olar.
 
- Futbolçu kimi avrokuboklarda çıxış etsəz də, məşqçi kimi debütünüzə hazırlaşırsız...
- Düzdü, mən məşqçi kimi ilk dəfə avrokuboklarda iştirak edəcəm. Amma AZAL artıq ikinci dəfə qitə miqyaslı turnirə qatılır. Aydın məsələdi ki, çətin olacaq. Həyatda hər iş çətindi. Bunun üçün çox çalışmaq lazımdı. Mən istəyirəm ki, AZAL Avroliqada mümkün qədər çox qalsın. Minimum bir mərhələ keçməliyik. Amma biz sadəcə bunun üçün hazırlaşmırıq. Komanda mümkün qədər irəli getmək haqda düşünməlidi. AZAL da Azərbaycanı təmsil edəcək və biz bunu layiqli şəkildə həyata keçirmək istəyirik.

- Klubunuza diqqət artmaqdadı. Yəqin ki, bütün məsuliyyəti dərk edirsiz...
- Hər bir baş məşqçi istəyir ki, komandası Avropada uğurlu çıxış etsin. Axı avrokuboklarda qazanılan nəticələr çox şeyi dəyişə bilər. Çoxları inanmırdı ki, biz heç ilk altılığa düşərik. Amma biz bunu bacardıq. Buna görə də AZAL-a inanmaq lazımdı. Komandamız uğurlu nəticə üçün hər şeyi edəcək.
 
- Komandanız üçün ən uğurlu nəticə kimi nəyi görürsüz?
- Başlanğıc üçün “Qarabağ”ın uğurunu təkrarlamağımız pis olmazdı. Əlbəttə, onların artıq formalaşmış heyəti və bu turnirdə böyük təcrübələri var.
 
- Birinci təsnifat mərhələsindəki mümkün rəqibləriniz arasında ötən mövsüm Avroliqanın finalına vəsiqə qazanmış İngiltərənin “Fulham” klubu da var...
- Bu komanda püşkatmadakı ən güclü rəqiblərdəndi. Amma biz daha çox öz səviyyəmizə uyğun bir komanda ilə qarşılaşmağı daha çox istərdik. Təbii ki, burda çox şeyi püşk həll edəcək. Burda həddən artıq güclü komanda olmasa da, hər halda zəif komanda da yoxdu.
 
- Bəs kimə qarşı oynamaq istərdiniz?
- Potensial rəqiblərimiz arasında Finlandiyanın “Honka”, Makedoniyanın “Rabotnicki”, Çernoqoriyanın “Buducnost” kimi komandaları var ki, onlarla oynamaq olar. Mən özümüzə rəqib seçə bilmərəm. Bu, püşkün işidi. Eyni zamanda rəqiblər də dəyişir. Elə bilməyin ki, adını çəkdiyimiz klublar elə ötən illərdəki kimi zəifdilər. Rəqib haqda informasiya toplamağa püşkatmadan sonra başlayacağıq. Onların son oyunlarına baxmağa çalışacam.
 
- Deməli, “Fulham”i arzuolunmaz rəqiblərdən sayırsız...
- Kim deyir ki, biz onlara qarşı oynamaq istəmirik? Əgər düşsək, təbii ki, oynamalıyıq. Mümkündü ki, onlara qarşı tamamilə başqa əhval-ruhiyyədə hazırlaşaq. Axı bizim komandalar adətən güclü komandalara qarşı daha istəklə oynayır, nəinki eyni gücdə olduğumuz rəqiblərə qarşı. Ola bilər ki, AZAL “Fulham”i keçsin. Amma hadisələri qabaqlamaq lazım deyil.
 
- Avrokuboklarda iştirak həyatınızda nəyi dəyişdirə bilər?
- Çox şey nəticədən asılı olacaq. Düşünürəm ki, çox şeyi dəyişə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.