12 iyun 2011 17:50
Elmar Baxşiyev: Neftçi`dən ayrılmamışam
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi" PFK qarşıdakı yarışa intensiv hazırlaşır. Azerisport.az xəbər verir ki, hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan flaqman gündə 2 dəfə məşq edir.
Təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi Elmar Baxşiyev klubun rəsmi saytına açıqlamasında komandadan ayrılması barədə iddiaları da təkzib edib: “Flaqmanın heyətində Türkiyədə təlim-məşq toplanışında iştirak edirəm. Yəni, "Neftçi"dən ayrılmağım barədə yayılan xəbərlər həqiqətəuyğun deyil. Mən "Neftçi"nin oyunçusuyam və bütün fikrimi növbəti yarışların hazırlığına yönəltmişəm. Bizi qarşıda mötəbər turnirlər gözləyir. Azərbaycanın ən köklü klubu olan "Neftçi" həmişə qələbəyə layiqdi”.
