12 iyun 2011 18:00
Qarabağ`ın leysanla mübarizəsi (FOTOLAR)
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, 12 futbolçuyla çalışmaq məcburiyyətində qalan komandanın üzvləri əlavə yüklənmə ilə də üzləşir.
Dünən axşam baş tutan çalışma ənənəvi olaraq leysanla müşayət olunub. Buna baxmayaraq 90 dəqiqə məşq edən heyət üzvləri fiziki yüklənmələrə məruz qalsalar da sona qədər mübarizə aparıblar. Məşqin sonunda 2 toxunuşla futbol baş tutdu. 2 gün bundan öncə cavanlar sonda baş məşqçi Qurban Qurbanovun köməkliyi ilə qələbə qazanmışdılarsa, bu dəfə təcrübəlilərin intiqamı ağır olub.
Bu günə isə komandanın tək məşqi nəzərdə tutulmuşdu. Öncə leysan altında 2 qrupda kvadrat oynayan komanda ardınca sürətləndirici hərəkətlər yerinə yetiriblər. Məşqin sonunda isə 3 dəfə top saxlama çalışması yerinə yetirilib. Sabaha komandanın 2 məşqi nəzərdə tutulub.
