11 iyun 2011 20:01

Hiddink seçmə mərhələdəki əsas rəqibinin adını açıqladı

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink son günlər özü barədə yazılanlara reaksiya verib. Azerisport.az xəbər verir ki,
hollandiyalı mütəxəssis “De Telegraaf”da qələmə aldığı köşə yazısında heç bir klubla görüşmədiyini bəyan edib:
 
“Son günlər haqqımda çox şeylər yazılıb-cızılıb. Mən bunların heç birinə cavab vermək istəmirəm. Yalnız bunu söyləmək istəyirəm: Həftələrdir heç bir klubla hər hansı görüşüm olmayıb” yazan Hiddink İngiltərənin “Chelsea” klubunun sükanı arxasına keçəcəyi barədə iddialara hələlik son nöqtə qoyub.
 
Seçmə qrup mərhələsində cəmi 4 oyunlarının qaldığını xatırladan Hiddink 2-ci pillə uğrunda mübarizədə Türkiyəyə Belçikanı əsas rəqib görür: “Qazaxıstan, Almaniya və Azərbaycanla evdə oynayacağıq. Yalnız Avstriya ilə səfərdə qarşılaşacağıq. Belə görünür ki, qrup ikinciliyi üçün yeganə rəqibimiz Belçika olacaq. Onlar çox yaxşı komanda qurublar. Amma Belçikaya yenilməməyimiz bizi qrup ikinciliyi baxımından daha şanslı duruma gətirdi. Qalan matçlarda biz də bunu göstərməliyik. Hər hansı şanssızlıq olmasa, Türkiyə qrup ikincisi kimi mübarizəni davam etdirəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.