12 iyun 2011 00:01
Beşiktaş Nobre ilə də yollarını ayırdı
Türkiyənin “Beşiktaş” klubu daha bir təcrübəli oyunçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu yay qardaş ölkədə transfer bazarının ən hərəkətli komandası ola “qara qartallar” aparıcı hücumçularından Mert Nobreni də komandada saxlamaq istəməyib.
Az öncə Bobo ilə yolları ayıran İstanbul təmsilçisi braziliyalı forvardın da gedişinə mane olmaq istəməyib. Belədə, Türkiyə vətəndaşlığına da malik olan Mert Superliqaya yeni çıxan klublardan “Mersin İdmanyurdu” ilə anlaşıb.
Maraq üçün xatırladaq ki, Nobre “Beşiktaş”dan öncə Türkiyənin digər nəhəngi “Fenerbahçe”də də forma geymişdi. Bundan sonra isə Nobrenin qolları mersinli tərəfdarları sevindirəcək. “Mersin İdmanyurdu” klubunun prezidenti Ali Kahramanlı, transferi üçün bir müddətdi danışıqlar apardıqları futbolçu ilə 2 illik anlaşma əldə etdiklərini rəsmən bəyan edib.
