12 iyun 2011 00:07
Millimizin baş məşqçisi: İsti problem yaradırdı
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Qırğızıstana qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı rəqib üzərindəki 3:0 hesablı qələbəmizi belə dəyərləndirib:
“Çətin oyun oldu. Havanın isti olması hər iki komandaya problem yaradırdı. Rəqib çox yaxşı müdafiə olunduğu üçün qol vurmaq asan olmadı. Bununla belə, yaratdığımız imkanlardan istifadə edərək qalib gələ bildik. Qarşıdakı oyunlarda da uğur qazanmağa çalışacağıq”.
