12 iyun 2011 00:10
Qırğızların baş məşqçisi millimizə məğlubiyyəti şərh etdi
Qırğızıstan U-17 yığmasının baş məşqçisi Marat Jumakeyev Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamıza 0:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Bu turniri təşkil etdiyi üçün AFFA-ya təşəkür edirəm. Asiya kubokunun seçmə mərhələ oyunlarına hazırlaşdığımız üçün bu turnirdə iştirakımız yerinə düşdü. Vəzifəmiz yarışın sonunda mümkün qədər yüksək nəticə göstərməkdi”.
