12 iyun 2011 11:56

Zeynal Məmmədov: Twente ilə danışıqlar aparmağa hazırlaşmırıq

“Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində komandasının növbəti mövsüm üçün transfer siyasəindən, Vaqif Cavadovun gedişindən, eləcə də son mövsümün uğursuz alınmasının əsas günahkarlarından danışıb.
 
- Sizcə, “Bakı”nın avrokuboklardan kənarda qalmasının günahkarları kimlərdi?
- Bu suala cavab vermək çətindi. Biz öz tərəfimizdən əlimizdən gələni etdik ki, komanda uğurlu çıxış etsin. Komanda üçün hər cür şərait yaratmışdıq. Amma oyun yox idi. Mümkündü ki, bəzi transferlərimiz yanlış idi. İstənilən halda nəticə bizi üzdü. Əgər “Bakı” avrokuboklardan kənarda qalıbsa, bunda hamı günahkardı. Əsas günahkarlar isə heç nə ilə yadda qalmayan futbolçular oldu.
 
- Qarşıdakı mövsüm üçün hansı hazırlıq planlarınız var?
- İyunun 28-də “Bakı” Sloveniyaya ikihəftəlik toplanışa yollanacaq. Orda biz həm də yoldaşlıq oyunları keçirəcəyik. Bundan sonra bir həftə Bakıda olacağıq. Ardından yenidən Sloveniyaya yollanacağıq. Sloveniya toplanışında yeni futbolçuları da sınaqdan keçirəcəyik. Daha səhv buraxmamalıyıq. Komandaya əvvəlki ruhu qaytarmaq istəyirik.
 
- Artıq Jaba ilə Leonardo Roşanın “Bakı”nı tərk etməsi dəqiqləşib?
- Növbəti mövsümdə onlar bizim komandada çıxış etməyəcəklər. Komandada Marko Şarliya, Xalidu Sissoko, İbrahim Karqbo və bəzi bu kimi futbolçular qalacaq. Hər şeyə baş məşqçi qərar verəcək. Biz hələ Aleksandr Starkovun hansı futbolçularla komandanı gücləndirmək istədiyini bilmirik.
 
- Fransanın “Metz” klubunun müdafiəçisi Srefan Barbikonini də qaytarmısız?
- Bəli, o, öz klubuna qayıtmaq istəyirdi. Çünki müqaviləsi vardı. Biz də buna görə ondan imtina etdik.
 
- Bəs digər icarə əsasında oynayan futbolçunuz – Vaqif Cavadov? Ona görə Hollandiya klubu ilə danışıqlar aparacaqsız?
- Biz “Twente” ilə danışıqlar aparmağa hazırlaşmırıq. Yəqin ki, Cavadov başqa klubda oynamalı olacaq. Biz onunla yeni müqavilə bağlamaq istəmədik. Ona yeni komandasında uğurlar arzulayırıq.
 
- Bu günlərdə belə bir informasiya yayıldı ki, guya Bəxtiyar Soltanov ilinə 250 min manat istəyib və bununla razılaşmayıb, yollarınızı ayırmısız...
- Mən bu haqda mətbuatdan oxudum. O, klubu ittiham edib ki, əcnəbi futbolçulara daha çox pul verdiyimiz halda, yerlilərə ödəmirik. Bizim Soltanova xüsusi təklifimiz vardı. Amma o, imtina etdi və komandada qalmaq istəmədi. O, bizim şərtlərimizi yaxşı bilir və əgər komandada qalmaq istəmirsə, bu, artıq öz işidi.
 
- Neçə oyunçu ilə müqavilə bağlamağı planlaşdırırsız?
- Bu sual artıq baş məşqçiyə ünvanlanmalıdı. Bizim müəyyən gözaltılarımız olsa da, ad çəkmək istəmirik. Özünüz də bilirsiz ki, müqavilə bağlamadan ad çəkmək peşəkarlıqdan uzaqdı. Ötən mövsüm biz hücum xəttində çoxlu problemlərlə üzləşdik. Yəqin ki, bu mövqeni gücləndirəcəyik. Digər suallara isə Starkov cavab verə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.