12 iyun 2011 00:55
Ramiz Məmmədovu Qazaxıstanda təriflədilər
Qazaxıstanın “Atırau” klubunun müdafiəçisi Conatas Rikardo komandasının azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovun işini qiymətləndirib. Azerisport.az xəbər verir ki, braziliyalı 26 yaşlı futbolçu “Qəbələ”nin sabiq çalışdırıcısı haqda bunları dilə gətirib:
“Ramiz Məmmədov səriştəli məşqçidi. O, futbolçulardan ancaq yaxşı oyun tələb edir. Mənə onunla işləmək çox xoşdu. Baş məşqçimizin həm futbol stili, həm də məşqləri tam ürəyimcədi. Əminliklə deyə bilərəm ki, o, rəhbərliyi altında çalışdığım mütəxəssislərin ən yaxşılarından biridi”.