13 iyun 2011 13:02
Millimizin uğursuz çıxışının əsas günahkarları
Futbol üzrə yığma komandamızın uğursuz çıxışını əsas günahkarları müəyyənləşib. Azerisport.az saytının bununla bağlı oxucuları arasında keçirdiyi sorğunun nəticələri artıq məlumdu.
Belə ki, sorğuya qatılanların 49 faizi (361 səs) hesab edir ki, millimizin uğursuzluğunun əsas günahkarı AFFA-dı.
Respondentlərin 29 faizi isə (218 səs) əsas günahın məhz futbolçularda olduğunu düşünür.
Maraqlıdı ki, Qazaxıstana məğlubiyyətdən sonra çoxları Almaniya ilə qarşılaşmada fitə basdığı, istefasını tələb etdiyi baş məşqçi Berti Foqts millmizin uğursuzluqlarında heç də əsas pay sahiblərindən hesab olunmur. Hər halda sorğuda iştirak edənlərin qənaəti belədi. Respondentlərin yalnız 13 faizi (98 səs) almaniyalı baş məşqçinin günahkar olduğunu düşünür.
Klubların apardığı siyasətin milliyə fayda vermədiyini düşünənlər 7 faizdi (49 səs). Əcnəbi hakimlərin idarəçiliyinin uğur qazana bilməməyimizdə rol oynadığını isə cəmi 1 faiz (9 səs) düşünür.
