13 iyun 2011 13:21
Atırau Ramiz Məmmədova əvəzləyici tapdı
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı məşqçi korpusunun istefası tam heyətlə qəbul olunub. Azerisport.az xəbər verir ki, baş məşqçi Ramiz Məmmədovla yanaşı onun əsas köməkçiləri olan Elxan Abdullayevlə Mehman Baxışov da “Atırau”dan ayrılıb.
Artıq həmyerlilərimizin işini kimin davam etdirəcəyi də dəqiqləşib. Qazaxıstan mətbuatının yaydığı məlumata görə, Ramiz Məmmədovun işini müvəqqəti olaraq İvan Azovski davam etdirəcək. Qeyd edək ki, bu məşqçi Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alan yeganə yerli mütəxəssis idi.
