13 iyun 2011 13:44
Xəzər Lənkəran`ın futbolçusu subaylığın daşını atdı
Son mövsümdə "Xəzər Lənkəran"ın şərəfini qoruyan futbolçu Xristu Kyaku subaylığın daşını atıb. Azerisport.az xəbər verir ki, rumın futbolçu evlənib.
Yarımmüdafiəçi Sosial Demokrat Partiyasından olan siyasətçinin qızı Oana Babagianu ilə ailə həyatı qurub.
Qeyd edək ki, Xristu Kyaku qış transfer pəncərəsində "Xəzər Lənkəran"a gəlib. Buxarest "Dinamo"sundan gələn 24 yaşlı yarımmüdafiəçi Lənkəran klubunun heyətində Azərbaycan Kubokuna sahib çıxıb. "Xəzər Lənkəran" mövsüm başa çatandan sonra müqaviləsi bitən futbolçu ilə yeni anlaşma imzalamayıb.
