13 iyun 2011 14:01
Skarlatake üçün 200 000 avro
Rumıniyanın “Dinamo” klubu “Xəzər Lənkəran”da top qovan futbolçusu Adrian Manuel Skartlatakeni geri qaytarıb. Azerisport.az xəbər verir ki, son mövsümü cənub təmsilçisinin heyətində çıxış edən müdafiəçinin icarə müddəti bitdiyi üçün Buxarest klubunun düşərgəsinə qayıdıb.
İndi Mirça Rednikin komandasının Skarlatakenin xidmətində nə dərəcədə yenidən maraqlı olacağı hələlik dəqiq bilinmir. Dəqiq olan isə odu ki, Lənkəran klubu bu oyunçusunu tam transfer hüququ ilə birgə almaq üçün 200 000 avrosundan keçməlidi. Çünki Buxarest “Dinamo”sunun rəhbərliyi bu oyunçusuna görə məhz bu qiyməti qoyub.
