13 iyun 2011 14:52
100 illik yubileyə həsr olunmuş növbəti tədbir
“İRƏLİ” Gənclik mərkəzinin Şuşa zalında Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə qonaq qismində tanınmış veteran futbolçular İsgəndər Cavadov, Asim Xudiyev və AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev iştirak edib.
Tədbir zamanı iştirakçılara Azərbaycan futbolunun 100 illiyinə həsr olunuş film və “İRƏLİ” üzvləri tərəfindən hazırlanmış təqdimat nümayiş olunub. Sonra qonaqlar tədbir iştirakçılarının ünvanladığı sualları cavablandırıblar.
