13 iyun 2011 15:41
Aqil Nəbiyev: Avropa Liqasında iki mərhələ keçə bilərik
AZAL-ın kapitanı Aqil Nəbiyev azerisport.az saytına müsahibəsində komandasının qarşıdan gələn avrokuboklara hazırlığından, eləcə də şanslarından danışıb.
- Komandanın hazırlıqları necə gedir?
- Artıq bir neçə gündü ki, hazırlıqlara başlamışıq. Hər şey öz qaydasında gedir. Hələlik Bakıda hazırlıq keçirik. İyunun 20-də keçiriləcək püşkatmanın nəticəsini gözləyirik. Daha doğrusu bilmək istəyirik ki, ilk növbədə rəqibimiz kim olacaq və ilk oyunu evdə ya səfərdə keçirəcəyik.
- Bəs sizin üçün hansı daha əlverişlidi – ilk oyunu evdə, yoxsa səfərdə keçirmək?
- Şəxsən mən belə hesab edirəm ki, səfər oyunu ilə başlamaq daha yaxşı olardı. Çünki səfər oyununda hətta məğlub da olsaq, bu, bizi ruhdan salmayacaq.
- Şəxsən mən belə hesab edirəm ki, səfər oyunu ilə başlamaq daha yaxşı olardı. Çünki səfər oyununda hətta məğlub da olsaq, bu, bizi ruhdan salmayacaq.
- Avrokuboklar üçün artıq müzakirələriniz olub?
- İlk növbədə biz birinci mərhələni keçməliyik. Amma növbəti mərhələlərdə də uğur qazanmağa çalışacağıq. Nə qədər çox irəli getsək, bir o qədər yaxşı olacaq. Bütövlükdə, iki mərhələ keçməyə ümid edirəm.

- Sizcə, AZAL bu avrokuboklarda nəyə ümid edə bilər?
- Fikrimcə, biz iki mərhələ keçə bilərik. Çünki heç də pis olmayan potensialımız var.
- Fikrimcə, biz iki mərhələ keçə bilərik. Çünki heç də pis olmayan potensialımız var.
- Psixoloji cəhətdən problemlərin olacağını düşünmürsüz?
- Əlbəttə, biz Avropada yeni komandalardanıq. Baxmayaraq ki, bir dəfə çıxış etmişik. Amma onda komanda “Olimpik” adlanırdı. Bu dəfə mütləq ən azı bir mərhələ keçməliyik. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

- Mövsümün son oyunlarında siz komandanın hücum xəttindən çox narazılıq edirdiniz...
- Bəli, bu, belədi. “Qarabağ”a 3:1 qalib gələnə kimi komanda öz oyununu tapa bilmirdi. Biz “Bakı” və “İnter”lə oyunlarda vacib xallar itirdik. Ölkə kubokunda finala çıxa bilmədik. Amma ağdamlılarla oyun göstərdi ki, komandamızda xarakter var.
- Sizcə, komandanın Avroliqada uğurlu çıxış etməsi üçün nə lazımdı?
- Məncə, komandada ilk növbədə birlik olmalıdı. Biz məhz bunun sayəsində avrokuboklara vəsiqə qazana bilmişik. Düzdü, yarımmilyonluq transferlər həyata keçirməmişik. Amma möhkəm kollektiv yarada bilmişik. Buna görə də mən yenə komandamızı birliyə səsləyirəm.

- Yeni təkliflər almamısız?
- Bilirsiz, başqa klublardan təkliflər olub, baxmışam. Ancaq mən AZAL ilə daha bir illik müqavilə bağlamağa qərar verdim. Onsuz biz də avrokuboklara çıxmışıq. Komandayla yollarımı ayırmağım mən tərəfdən düzgün addım olmazdı.