13 iyun 2011 16:23
Hakan Şükür millət vəkili oldu
"Galatasaray"ın və Türkiyə yığmasının əfsanəvi futbolçusu Hakan Şükür millət vəkili seçilib. Azerisport.az xəbər verir ki, veteran futbolçu dünən keçirilən parlament seçkilərində mandat qazanıb.
Belə ki, hakim partiyadan - AKP-dən İstanbul 3-cü bölgədən namizəd olan Hakan Şükür qələbə qazanıb. Artıq o,Türkiyə Böyük Millət Məclisinin üzvüdü.
Qeyd edək ki, AKP seçkidə 50 faizdən artıq səs toplayıb.
