13 iyun 2011 16:42
XL rumın hücumçuya görə 250 min avrosundan keçməyə hazırdı
“Xəzər Lənkəran” daha bir rumıniyalı futbolçunun keçidini demək olar ki, həll edib. Azerisport.az xəbər verir ki, “CFR Cluj”un şərəfini qoruyan Kristian Bud böyük ehtimalla bundan sonra cənub təmsilçisinin uğurları üçün tərk tökəcək.
Qeyd edək ki, bu futbolçu üçün lənkəranlıların 250 min avrosundan keçməyə hazırlaşdığı iddia olunur. Rumıniya mətbuatının yazdığına görə, Buda görə ödəniləcək bu məbləğin bütün tərəfləri razı salır. Halbuki, bir müddət öncə onun klubu ilə müqaviləsinin müddəti bitdiyindən azad agentə çevrildiyi iddia olunurdu. Hər halda yaxın bir həftə içində "ağ-yaşıllar"ın bu oyunçu ilə münasibətlərini tam rəsmiləşdirməsi gözlənilir.
Maraq üçün vurğulayaq ki, hücumçu olan Kristian 1986-cı ilə təvəllüdlüdü. O, “CFR Cluj”dan öncə “Liberty Salonta” (52 oyunda 25 qol) və “Gaz Metan” (32 oyunda 11 qol) klublarında da top qovub.
