13 iyun 2011 18:23
AZAL serb hücumçunu baxışdan keçirir
Serbiyalı hücumçu Vladimir Cilas karyerasını AZAL-da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu artıq paytaxt klubunun sıralarına cəlb olunub və məşqçilər korpusu tərəfindən baxışdan keçirilir.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü futbolçunun son klubu “Jagodina” olub. O, həmçinin müxtəlif vaxtlarda “Bezanija” (29 oyuna 9 qol), “Bregalnica” (64 oyuna 24 qol), “Marek Dupnitsa” (14 oyuna 7 qol) və Sofiya “Lokomotiv”ində də (43 oyuna 8 qol) çıxış edib. 2009-cu ildən çıxış etdiyi “Jaqodina”da isə 50 oyunda 14 qola sevinən futbolçu özünü göstərə bilsə, AZAL-da çıxış edəcək.
“Təyyarəçilər”in Avropa Liqasına qədər daha bir neçə futbolçunu baxışa dəvət edəcəyi gözlənilir.
