13 iyun 2011 18:40
Bakı Zaqreb Dinamo`su ilə qarşılaşacaq
28 iyun - 10 iyul tarixilərində Sloveniyada təlim-məşq toplanışı keçirəcək “Bakı”nın 3 yoldaşlıq oyunu planlaşdırdığı barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq paytaxt komandasının rəqibləri məlum olub.
“Bakı” ilk yoldaşlıq oyununda iyul ayının 2-də Sloveniya vitse-çempionu “Domzale” klubu ilə qarşılaşacaq. “Domjale” son Sloveniya çempionatını ikinci yerdə başa vurmaqla bərabər, həm də ölkə kubokunun qalibidi.
5 iyulda keçiriləcək ikinci yoldaşlıq oyununda rəqib Çempionlar Liqasının iştirakçısı, qızıl dublun sahibi olacaq. Bu, Xorvatiya çempionu və kubokunun qalibi “Dinamo” (Zaqreb) klubudu.
Son oyun isə iyulun 9-da baş tutacaq. Bu qarşılaşmada isə rəqib Türkiyə Superliqasına vəsiqə qazanan “Orduspor” olacaq. Qeyd etmək yerinə düşər ki, “zolaqlılar”ın sabiq müdafiəçisi Kürşat Duymuş, məhz, bu klubda forma geyir.
