13 iyun 2011 18:51
Rəşad Abdullayev: Hazırlığımızın bəhrəsini ÇL-də görəcəyik
Türkiyənin İsparta şəhərində UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" PFK-nın yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bunları bildirib:
"Komandada gözəl ab-hava hökm sürür. Hamımız məşqlərdə həvəslə çalışırıq. İnşallah, hazırlığımızın bəhrəsini Çempionlar Liqasında görəcəyik. Avropanın ən mötəbər klub turnirində Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq".
