13 iyun 2011 19:04
Flavinyo: Qarşıda bizi çətin oyunlar gözləyir
Türkiyədə gündə 2 dəfə məşq keçməklə Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" PFK-nın yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu komandasının hazırlığını belə dəyərləndirib:
"Çempionlar Liqasına hazırlığımız yüksək səviyyədə keçir. Bilirik ki, qarşıda bizi çətin oyunlar gözləyir. Uşaqlar var gücləri ilə məşq edirlər. Bu turnirdə özümüzü yalnız yaxşı tərəfdən göstərmək əzmindəyik".
