13 iyun 2011 19:28
Nazim Süleymanov daha bir il AZAL-da
Ölkəmizi Avropa Liqasında təmsil edəcək AZAL hazırkı baş məşqçisi Nazim Süleymanovla yeni anlaşma əldə edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı ilə klub arasında müqavilənin müddəti mövsüm bitən kimi başa çatmışdı.
Lakin yeni müqavilə bağlanılmasa da, Süleymanovun paytaxt klubunda qalması tərəflərin yollarını ayırmaq istəmədiyindən xəbər verirdi. Artıq tərəflər yeni müqavilənin şərtlərini müəyyənləşdiriblər və yaxın günlərdə rəsmi anlaşmaya imza atacaqlar.
AZAL rəhbərliyinin Süleymanovla bir illik müqavilə bağlaması gözlənilir. Bu prosesin həftə sonuna kimi yekunlaşması gözlənilir.
Xatırladaq ki, Nazim Süleymanov 2009-cu ildən etibarən AZAL-ın sükanı arxasında çalışır.
