13 iyun 2011 11:18
Yay transfer dövrünün başlama vaxtı məlum oldu
2011/2012-ci il mövsümü üçün yay transfer dövrünün başlama vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, Premyer Liqada və I Divizionda çıxış edən komandalarımız sifariş ərizələrini 8 iyundan 31 avqustadək Peşəkar Futbol Liqasına təqdim edə bilərlər.
Qeyd edək ki, qış transfer dövrü 13 yanvar - 10 fevral 2012-ci il tarixlərini əhatə edəcək.
