13 iyun 2011 11:44
Rəşad Sadıqov: Buna əminəm və qətiyyən zarafat etmirəm
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində avrokublara hazırlıqlardan və şanslardan danışıb.
- Yığmanın oyunlarından sonra “Qarabağ”ın aparıcı futbolçularına 5 günlük istirahət verildi. Amma iyunun 13-də siz də komandanın Türkiyə toplanışına qoşulmalısız. İstirahət qane etdimi?
- Qətiyyən yox. 5 gün dənizdə damcı kimi bir şeydi. Qarşıda avrokubok oyunlarımız var. Artıq iyunun 30-da komandamız ilk matçına çıxmalıdı. Bu üzdən istirahət üçün elə də çox vaxtımız yoxdu. Yeri gəlmişkən, ötən mövsüm də eyni situasiya hökm sürürdü. Yenə də avrokuboklar ərəfəsində normal istirahət edə bilmədik.

- Gözləmək olar ki, baş məşqçi Qurban Qurbanov sizi nəzərə alıb az yükləsin?
- Ötən il də belə olmuşdu və biz az yüklənmişdik. Aparıcı futbolçulara bu lazımdı. Mən heç də sırf özümü nəzərdə tutmuram. Söhbət həm də Rəşad Sadiqovdan, Fərhad Vəliyevdən, Əfran İsmayılovdan, Maksim Medvedevdən, Rauf Əliyevdən, Georgi Adamiyadan, Admir Telidən, Ansi Aqollidən gedir. Yəqin ki, bu futbolçular digərlərinə nisbətən az yüklənməyə məruz qalar.

- Rauf Əliyevin iki aylıq sıradan çıxmasına münasibətinizi bilmək istərdik...
- Mən də bu haqda eşitmişəm. Aydın məsələdi ki, heç kim onun erkən sıraya dönəcəyini gözləmir. Amma ümid edirəm ki, Rauf tez sağalacaq. O, gəncdi, möhkəm orqanizmi var. Son dövrlər Vüqar Nadirov bir qədər cinaha keçib və Rauf bu üzdən qarşıda tək oynayırdı. Odu ki, bizə forvard mütləq lazımdı. Məşqçilər artıq hücumçu axtarışına başlayıblar.
- Bir forvard alınması bəs edəcək?
- Fikrimcə, bizə daha 2-3 futbolçu lazımdı. Nəticə üçün heyətdə rəqabəti də artırmaq lazımdı. Bildiyimə görə, məşqçi heyəti bizə lazım olan futbolçularla danışıqlar aparırlar. Bunlar yerli futbolçulardı. Bildiyimə görə, həmin futbolçular öz klublarında da lazımı forma şansı qazana bilmirlər. Bu azmış kimi başqa kluba, yəni “Qarabağ”a keçməsinə də mane olurlar.

- İyunun 20-də avrokubokların püşkatması keçiriləcək. Yəqin ki, “Qarabağ”ın potensial rəqibləri ilə tanış olmusuz. Sizcə, onların hamısını keçəcək gücdəsiz?
- Həmin siyahını görmüşəm və deyərdim ki, hamısı təhlükəli rəqiblərdi. Mən buna əminəm və qətiyyən zarafat etmirəm. Ötən mövsüm də rəqiblərə baxırdım və deyirdim ki biz onlardan güclüyük. Yadınızdadı, Makedoniya “Metallurg”u bizə necə çətinlik yaratdı? Onlar bizdən güclü idilər, amma şanslarından yararlana bilmədilər. Biz isə öz qolumuzu vura və mərhələ keçə bildik. Bu dəfə də bizə elə rəqib düşə bilər və biz onu lazımınca dəyərləndirmərik. Özü də Türkiyə toplanışı vaxtı yoxlama oyunu da keçirməyəcəyik.

- Potensial rəqiblər arasında Ermənistan klubları da var...
- Yəqin ki, UEFA əlindən gələni edəcək ki, Azərbaycan və Ermənistan klubları üz-üzə gəlməsinlər. Amma bizim üçün onlarla qarşılaşmaq maraqlı olardı.