14 iyun 2011 00:09
İnter və Simurq`un futbolçuları Muğan`da
Növbəti mövsüm öncəsi heyətini gücləndirməyi hədəfləyən “Muğan” bu yöndə fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, Salyan klubu hazırda 3 futbolçunu heyətinə qatmaq üçün danışıqlar aparır.
Bunlar MOİK-dən Ramil Əliyev, “Simurq”dan Qərib İbrahimov və “İnter”dən Tofiq Mikayılovdu. Qeyd edək ki, adıçəkilən son futbolçu sonuncu mövsümü elə İbrahimovla birgə “Simurq”da keçirmişdi. Lakin Zaqatala klubu elitanı tərk etdiyindən, “bankirlər” isə onu heyətdə saxlamaqda maraqlı olmadığından Mikayılov indi özünə yeni klub axtarır. Hələlik, onların heç biri ilə rəsmi müqavilə bağlanılmasa da, hər üç futbolçunun növbəti mövsümdən “Muğan”da çıxış etməsi ehtimalı yüksəkdi.
Salyan klubundan gedənlərə gəlincə, bunlar qapıçı Amil Ağacanovla hücumçu Elşən Məmmədovdu ki, hər iki futbolçu bu yay AZAL-a transfer olunub.
