14 iyun 2011 00:01

Qarabağ tam tərkiblə məşqlərə başladı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, 4 gündü 12 nəfərlə məşq edən komandaya dünən axşam legionerlər də qoşulub.
 
Ötən gün isə Azərbaycan millisinin üzvləri və Adamiya komandamızın düşərgəsinə qatılaraq ümumilikdə futbolçuların sayını 22-yə çatdırıblar. Amma komanda heç də tam heyətlə məşq edə bilməyib.
 
Belə ki, günün ilk çalışması 10:15-də baş tutanda millinin futbolçuları hələ yoldaydılar. Məşq isə trenajor zalında başladı. Yarım saatlıq çalışmanın ardından komanda meydançaya yollanın.  Təxminən 80 dəqiqə davam edən çalışmada futbolçular əsasən sürət çalışmalarını yerinə yetiriblər.
 
Günün ikinci məşqi isə 17:30-da baş tutub. Artıq tam heyətlə toplaşan komandanın məşqindən öncə baş məşqçi Qurban Qurbanov çıxış edib. Ardınca baş tutan məşqdə milli üzvləri ancaq “kvadrat”la kifayətləniblər. Zədəli Rauf Əliyev isə çalışmada iştirak etməyib.
 
Məşqin sonunda isə tək toxunuşlu, ardınca isə sərbəst olaraq futbol oynanılıb. Təcrübəli Zaur Həşimovun başçılıq etdiyi Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Murad Səttarlı, Elgiz Kərəmi və Kamil Hüseynovdan ibarət komanda Bojan Pavloviç, Ansi Aqolli, Namiq Yusifov, Emin İmaməliyev, Admir Teli, Nderim Nedzipi və İlqar Qurbanovdan ibarət komandanı ümumi nəticədə 1 top fərqiylə məğlub edinlər. Bu günə də ağdamlıların iki məşqi nəzərdə tutulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.