13 iyun 2011 00:05
Özbəklərin baş məşqçisi millimizə yenilgini şərh etdi
Özbəkistan U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində yığmamızla keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Dünənki ağır oyuna görə bu gün futbolçularımda yorğunluq vardı. Rəqib isə bizdən daha yaxşı təsir bağışlayırdı. Bu da hesabda öz əksini tapdı. İkinci hissədə 2 əvəzetmə ilə oyunun axarını nisbətən dəyişə bildik. Ancaq bu, xal qazanmaq üçün kifayət etmədi. Azərbaycan fiziki cəhətdən güclü komandadı. Topla yaxşı davranır və yaradılmış imkanları qola çevirə bilirlər. Təəssüf ki, turnirdə keçirdiyimiz hər iki oyunda qapıçılarımız ciddi səhvlərə yol verdilər”.
