13 iyun 2011 00:20
“Türklər fövqəladə heç nə nümayiş etdirmədən bizi məğlub etdi”
Qırğızıstan U-17 yığmasının baş məşqçisi Marat Jumakeyev Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində keçirdikləri Türkiyə ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Dünən Azərbaycan, bu gün isə Türkiyə yığması kimi güclü komandalara qarşı oynamaq, təbii ki, asan deyil. Məğlubiyyətimizin əsas səbəbi kobud səhvlərimizdi. Rəqibimiz yaxşı komanda olsa da, bu gün fövqəladə heç nə nümayiş etdirmədən bizi məğlub etdi. Günahı özümüzdə axtarmalıyıq”.
