13 iyun 2011 00:21
Kobud oyun nümayiş etdirmədiyi üçün rəqibə minnətdarlıq
Türkiyə U-17 yığmasının baş məşqçisi Tahir Karapınar Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Qırğızıstanla keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Qarşılaşmaya pis başladıq. Rəqibimiz çox istəkli oynadı. Qırğızıstan yığmasına kobud oyun nümayiş etdirmədiyi üçün minnətdarlığımı bildirirəm. Bütün futbolçularımıza bu qarşılaşmada meydana çıxmaq imkanı yaratdıq. Oyundan tam razı qalmasam da, qələbə qazandığımız üçün çox şadıq”.
