13 iyun 2011 12:26
AZAL-ın qapıçısı Kəpəzə keçdi
AZAL-ın qapıçısı Elşən Poladov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bundan sonra karyerasını Gəncədə davam etdirəcək.
O, bu şəhərin Premyer Liqada mübarizə aparan təmsilçisi “Kəpəz”lə anlaşıb. Belə ki, Mehman Allahverdiyevin komandası Poladovla bir illik müqavilə bağlamaq haqda razılıq da əldə edib. Onu baş məşqçi özü komandasında görmək istəyib.
Maraq üçün xatırladaq ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək AZAL mövsüm başa çatan kimi bir neçə futbolçusu ilə yollarını ayırmışdı ki, onlardan da biri Poladov idi. Bu üzdən də Elşən bölgə klubuna azad agent kimi keçib.
