14 iyun 2011 13:00
Yığmamızın üzvləri Ukraynada 4 medal qazandılar
Ukraynanın Berdıçev şəhərində boks üzrə Olimpiya çempionu Vladimir Kliçkonun mükafatları uğrunda beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda 11 ölkənin 121 idmançısı qələbə uğrunda mübarizə aparıb.
Yarışa 11 boksçu ilə qatılan gənclərdən ibarət milli komandamız 4 medal əldə edib. Həmyerlilərimizdən Salman İbrahimov (56 kq), Pərviz Bağırov (60 kq), Saqi Salehli (69 kq) və Heydər Heydərov (91+ kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Qeyd edək ki, komandamız avqustun 21-də İrlandiyanın paytaxtı Dublində start götürəcək Avropa birinciliyinə hazırlaşır.
