14 iyun 2011 21:15

Millimiz Gürcüstana, Türkiyə İspaniyaya rəqib oldu (YENİLƏNİB)

Bu gün Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunmuş Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki,
turnirin A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları mübarizə aparır.
 
Günün ilk iki oyununda Özbəkistan Qırğızıstanla, Qazaxıstan isə Tacikistanla münasibətlərinə aydınlıq gətirib. İlk iki oyunlarında məğlub olan bu komandaların hamısı son oyunda sadəcə qrup sonuncusu olmamağa çalışırdılar. Bu mübarizədən isə Qazaxıstan və Özbəkistan yığmaları qalib ayrılıb.
 
Günün son qarşılaşmaları isə daha böyük maraqla gözlənilirdi. A qrupunda ilk iki oyununu qələbə ilə başa vurmuş Türkiyə və Azərbaycan yığmaları finala vəsiqə uğrunda mübarizə aparırdılar. Türklərə bu görüşdə heç-heçə də sərf edirdisə, komandamız mütləq qələbə qazanmalıydı. Lakin "ay-ulduzlular" bu görüşdə daha güclü çıxaraq, finala vəsiqə qazanan ilk komanda olub.
 
B qrupunda isə İspaniya və Gürcüstan yığmaları həlledici oyuna vəsiqə uğrunda mübarizə aparırdı. Bu görüşdə də gürcülərə mütləq qələbə qazanmaq lazım gəlirdi. Lakin onların gücü sadəcə heç-heçəyə çatıb. Belədə, finala vəsiqəni məhz İspaniya qazanıb və Türkiyə ilə qarşılaşmaq hüququna yiyələnib. Gürcüstan isə bürünc medal uğrunda Azərbaycanla qarşılaşmalı olacaq.
 
Caspian Cup
14 iyun (çərşənbə axşamı)
 
A qrupu
 
Özbəkistan – Qırğızıstan - 7:0
Şağan Olimpiya İdman Kompleksi.
Hakimlər: Həsənov Rəhim, Hüseynov Namiq, Qənbərov Vüsal, Həsənov Etibar.
 
Azərbaycan – Türkiyə - 2:4
Qol: Orxan Samet, 4 (0:1), Yüksel Şişman, 28 (0:2), Orhan Samet, 55 (0:3), Orxan Əliyev, 57 (1:3), Şirməhəmməd Məmmədov, 59 (2:3), Emre Akdağ, 80+3 (2:4).
Matçın 41-ci dəqiqəsində Orxan Əliyev Türkiyənin qapısına təyin olunan penaltidən yararlana bilməyib (qapıçı)
“Dalğa Arena”.
Hakimlər: Salmanov Anar, Acalov Elşən, Haşımov Mübariz, Diniyev Ramil.
 
1 Türkiyə 3 3 0 0 13 - 2 9
2 Azərbaycan 3 2 0 1 9 - 6 6
3 Özbəkistan 3 1 0 2 9 - 10 3
4 Qırğızıstan 3 0 0 3 0 - 13 0
 
B qrupu
 
Qazaxıstan – Tacikistan - 2:1
“Dalğa Arena”.
Hakimlər: Əhmədov Ramil, Əliyev Nahid, Quliyev Ruslan, Məmmədov İnqilab.
 
İspaniya – Gürcüstan - 1:1
“Dalğa Arena”.
Hakimlər: Cabbarov Rauf, Musatkin Aleksandr, Əmiraslanov Knyaz, Məmmədov Orxan.
 
1 İspaniya 3 2 1 0 15 - 1 7
2 Gürcüstan 3 2 1 0 9 - 2 7
3 Qazaxıstan 3 1 0 2 3 - 14 3
4 Tacikistan 3 0 0 3 1 - 11 0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.