14 iyun 2011 13:16
Daha bir XL-lı futbolçu Dinamo`da
Rumıniyanın “Dinamo” klubu “Xəzər Lənkəran”da top qovan daha bir futbolçusunu geri qaytarıb. Azerisport.az xəbər verir ki, son mövsümü cənub təmsilçisinin heyətində keçirmiş yarımmüdafiəçi Xristu Kyaku da Buxarest klubunun düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Xristu Kyaku qış transfer pəncərəsində "Xəzər Lənkəran"a gəlmişdi. 24 yaşlı yarımmüdafiəçi Lənkəran klubunun heyətində Azərbaycan Kubokuna sahib çıxıb. Lakin "Xəzər Lənkəran" mövsüm başa çatandan sonra müqaviləsi bitən futbolçu ilə yeni anlaşma imzalamaq istəməmişdi.
Sonda onu da əlavə edək ki, Kyakudan öncə icarə müddəti bitdiyi üçün Adrian Manuel Skartlatake də “Dimano”ya qayıtmaq məcburiyyətində qalmışdı. Hazırda hər iki futbolçunun adı yeni mövsümün hazırlıqlaına başlayan Buxarest klubunun 17 nəfərlik heyətində yer alır.
