14 iyun 2011 13:22
Vaqif Cavadov üçün yeni Hollandiya klubu
Gələcək taleyinə aydınlıq gətirmək üçün bir neçə gün öncə Hollandiyaya yola düşən Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov bu gün “Twente” rəhbərliyi ilə görüşəcək. Azerisport.az futbolçunun qohumlarına istinadən xəbər verir ki, Vaqif rəhbərliklə görüşdə müqaviləsinin qalan müddəti üçün müəyyən detalları müzakirə edəcək.
Böyük ehtimalla Cavadov Enshede klubunda qalmayacaq və yenə başqa komandaya icarəyə veriləcək. Hazırda onun öz klublarımızdan yalnız “Qarabağ”a dönmək ehtimalı var. Lakin mümkündü ki, Cavadovu tezliklə hansısa digər Hollandiya klubu icarəyə götürsün.
