14 iyun 2011 13:33
Kəpəz daha bir futbolçu aldı
"Kəpəz" daha bir transfer reallaşdırıb. Azerisport.az xəbər verir ki, Gəncə klubu öncə qapıçı Ruslan Məcidovla yollarını ayıraraq AZAL-ın şərəfini qorumuş Elşən Poladovla razılığa gəlmişdi.
Poladovla 1 illik müqavilə imzalayan bölgə təmsilçisi artıq "Muğan"ın yarımmüdafiəçisi Zaur Əsədovla da münasibətlərini rəsmiləşdirib. Belə ki, klubun prezidenti Elmir Əliyev PFL-in rəsmi saytına açıqlamasında onunla da müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, "Kəpəz"ə baş məşqçi Mehman Allahverdiyevin təyinatından sonra komandada gəncləşdirməyə üstünlük verilir. Elmir Əliyev bildirib ki, hazırda baş məşqçi Mehman Allahverdiyev və onun köməkçisi Vidadi Rzayev Rusiyadadırlar və onlar bir neçə futbolçu ilə yaxından maraqlanırlar.
