14 iyun 2011 13:41
Qazaxıstan yığmasının məşqçisi: Çox istəkli oynadıq
Qazaxıstan U-17 yığmasının məşqçisi Nikolay Stoyakin Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Tacikistana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Çox istəkli oynadıq. Qələbə qazanmaq üçün maksimum gücümüzü sərf etdik. Daha çox qol epizodu yaratsaq da, hamısından yararlana bilmədik. Oyunun sonu daha sakit keçə bilərdi. Lakin qol buraxdığımız üçün həyəcanlanmalı olduq. Qələbə qazandığımıza görə sevinirik”.
