14 iyun 2011 13:54
“Daha az səhvə yol verən komanda qələbə qazandı”
Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Qazaxıstana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Əvvəlki oyunlarla müqayisədə daha yaxşı oynadıq. Daha az səhvə yol verən komanda qələbə qazandı. Təəssüf ki, biz rəqibimizdən daha çox səhv etdik. Hiss olunur ki, komandamız oyundan-oyuna inkişaf edir. İlk dəfə beynəlxalq turnirdə iştirak etdiyimizdən uşaqlar psixoloji baxımdan çətinlik çəkir”.
