14 iyun 2011 14:04

“Təklif olsa, İsveç klubunu Azərbaycana dəyişərəm”

“Neftçi”nin sabiq oyunçusu, İsveçin “Erebru” klubunun gənclərdən ibarət komandasının məşqçisi olan Valeh Qafarov azerisport.az saytına müsahibəsində karyerasından və ölkəmizdə çalışmaq perspektivindən danışıb.
 
- Siz öncə böyük futboldaydınız, sonradan futzalda göründünüz...
- Mən böyük futbolla başlamışdım. 1994-97-ci illərdə “Neftçi”də oynadım. Onda baş məşqçi Vaqif Sadıqov idi. Onda çox gənc idim. Rəşad Sadıqovla birgə oynayırdıq. Sonra əsgərlik gəldi, MOİK-də oynamağa başladım. Həmin vaxt zədə aldığımdan futzala keçməli oldum. AMMK, “Qafqaz Universiteti” kimi komandalarda oynadım. Sonra da İsveçə yollandım.
 
- Bəs İsveçə gedişiniz necə alındı?
- Bilirsiz, mən burda özüm üçün heç bir xüsusi karyera perspektivi görmürdüm. Buna görə də getməyə qərar verdim. Almaniyadan, Ukraynadan da variantlar var idi. Amma mən İsveçi seçdim. Çünki məndə çoxdan Skandinaviya ölkələrinə, xüsusilə İsveçə simpatiya vardı.
 
- Hazırda məşqçiliklə məşğulsuz?
- Futbolçu karyeramı bitirəndən sonra məşqçiliyə başlamışam və artıq 3 ildi ki, “Erebru”da çalışıram. Komandanın U-17 komandasına mən baxıram. Əsas komandamız İsveç çempionatında uğurlu çıxış edir. Son mövsümdə üçüncü olduq.
 
- Bakıya qayıdışınız nə ilə bağlıdı?
- Düzünü desəm, Bakıya ailə məsələləriylə bağlı gəlmişəm. Burda ayın 15-nə kimi olacam.
 
- Biz bildiyimizə görə, AFFA rəsmiləri ilə də görüş keçirmisiz...
- Bu, mənim klubumun işləriylə bağlıydı. Klubumuzun rəhbərliyi, baş məşqçisi müxtəlif ölkələrə yollanaraq məşqləri izləyir, tanışlıqlar yaradırlar. Məsələn, İngiltərənin “Everton” klubu ilə münasibətlərimiz var. Məşqçi korpusumuz noyabrda Azərbaycana gəlmək istəyir. Əgər alınsa, mütəxəssislərimiz “Neftçi”, “Qarabağ”, “Bakı” və AZAL-la tanış olacaqlar. Əgər alınsa, “Qəbələ” ilə də ola bilər. Bu komandalardan “Qarabağ” son iki ildə avrokuboklardakı uğurlu çıxışı ilə daha məşhurdu.
 
- Bəs sizə hansısa yerli klublardan yaxud gənclərdən ibarət komandalarımızdan təklif olunmayıb k?
- Təbii ki, belə bir təklif olsa, mən imtina etmərəm. Çünki burda anadan olmuşam. Bu ölkə daim mənim qəlbimdədi. Amma hələ elə bir təklif almamışam.

- Gələcəkdə Azərbaycanda çalışmaq planlarınız var?
- Bütövlükdə, bəli, var. Amma düzünü deyim ki, məndə elə xarakter yoxdu ki, qapını döyüb kimdənsə iş istəyəm. Yenə deyirəm, təklif olsa, məmnuniyyətlə baxaram. Əgər Azərbaycan futboluna lazımamsa, təbii ki, etiraz etmərəm. Azərbaycan mənim doğma vətənimdi. Baxmayaraq ki, İsveçdə də çoxdandı çalışıram və mənə çox yaxındı. Mənim üçün hər cür də şərait var və heç bir narazılığım da yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.