14 iyun 2011 14:28
Rednik Azərbaycana qayıtdı
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, istirahətini Belçikada keçirən rumın mütəxəssis dünən Bakıya gəlib.
Dünən Rednik klub rəhbərliyi ilə görüşüb. Görüşdə baş məşqçinin "Xəzər Lənkəran"da görmək istədiyi futbolçuların son durumu ilə bağlı rəhbərliyi məlumat verdiyi və hazırlıq planını müzakirə etdiyi deyilir.
Qeyd edək ki, "Xəzər Lənkəran" hazırlığa iyunun 16-da başlayacaq.
