14 iyun 2011 14:56
“Rəqibimiz Azərbaycan və Türkiyədən səviyyə etibarilə geri qalırdı”
Özbəkistan U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində Qırğızıstana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 7:0 hesablı darmadağını ilə bağlı bunları dilə gətirib:
“Bugünkü rəqibimiz Azərbaycan və Türkiyə millilərindən səviyyə etibarilə geri qalırdı. Oyuna yaxşı başladıq. İlk hissədə rəqibin qapısından üç cavabsız top keçirdik. Fasilədən sonra komanda daha yaxşı çıxış etdi və nəticədə böyükhesablı qələbəyə imza atdıq”.
