14 iyun 2011 15:08
0:7 hesablı darmadağın üçün şərh
Qırğızıstan U-17 yığmasının baş məşqçisi Marat Jumakeyev Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:7 hesablı darmadağını ilə bağlı bunları dilə gətirib:
“Əsas məqsədimiz bu oyunda qələbə qazanmaq idi. Lakin Özbəkistan yığmasının təcrübəsi öz sözünü dedi. Düzü, komandamızın bu cür hesabla məğlub olacağını gözləmirdim”.
