14 iyun 2011 16:09

Saşa Yunisoğlu: Qəbələ də Qarabağ kimi bir komanda olacaq

Azərbaycan yığmasının və “Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində komandasının növbəti mövsüm üçün hədəflərindən və milli komandadakı durumundan danışıb.
 
- Azərbaycan futbolu tarixində ilk dəfə hansısa klubumuz Londona təlim-məşq toplanışına gedir...
- Hələlik istirahət edirik. Komanda iyulun 6-da bir araya gələcək. Yeni mövsümün hazırlıqlarını İngiltərədə keçirməyimiz isə komandamızın ciddiliyindən xəbər verir. Bilirik ki, növbəti mövsüm bizdən artıq nəticə tələb olunacaq. “Qəbələ”nin də nəticə qazanmaq vaxtıdı. Hələ bu mövsüm də avrokuboklara vəsiqə qazanmağı çox istəyirdik. Amma bəzi məqamlar bu istəyimizi gerçəkləşdirməyə mane oldu?
 
- Nə idi ki o məqamlar?
- Bura hakim səhvlərini daxil etmək olar. Hakimlər bizim bir neçə xalımızı “oğurladılar”. Məhz bu üzdən də ilk altılığa düşə bilmədik. Hansı ki, bunun üçün cəmi bir xalımız çatışmadı. Ötən mövsüm tam olaraq komandanın formalaşmasına həsr olunmuşdu. Hər halda artıq yeni mövsümdən siz sırf medallar üçün mübarizə aparan bir klub görəcəksiz. Onda bizə heç kim mane ola bilməyəcək.

- Komandanın qarşısına yeni mövsümdə konkret hansı vəzifə qoyulub?
- Avropa Liqasına vəsiqə qazanmaq. Yəqin ki, hamı komandamızın transferlərini görür. Klub yığma üzvləri ilə müqavilə bağlayır ki, bu da növbəti mövsüm üçün məqsədlərimizin böyük olmasından xəbər verir. “Qəbələ” də “Qarabağ” kimi bir komanda olacaq və ümid edirəm ki, qazandığımız nəticələrlə də hamını sevindərəcəyik. Yığmada bir yerdə oynayan futbolçular üçün elə klubda da dil tapmaq asan olur. Məni ən çox sevindirən məqam odu ki, “Qəbələ”də yerli futbolçular daha böyük əksəriyyət təşkil edir.

- Adətən, əcnəbi məşqçilər legionerlərə üstünlük versə də, Toni Adams əsasən yerlilərə bel bağlayır...
- Mövsüm başa çatandan sonra “Qəbələ”dən xeyli yerli futbolçu ayrıldı. Amma yenə də onların yerinə əcnəbi yox, yerli futbolçular gəlir. Adams həmişə futbolumuza diqqətlə yanaşır. Fikrimcə, bütün transferlərimiz uğurludu və hər biri özünü göstərə biləcək.
 
- Sizcə, komandanız “Xəzər Lənkəran” və “Neftçi” ilə rəqabət apara biləcək?
- Biz son mövsümdə də onlarla bərabər səviyyədə mübarizə apara bilirdik. Məsələn, XL-a qalib gəldik, “Neftçi” ilə heç-heçə etdik. Sadəcə “Bakı”nı məğlub edə bilmədik. Əminəm ki, növbəti mövsümdə “Qəbələ” daha uğurlu çıxış edə, istəyinə çata biləcək. Biz avrokuboklara düşməyi çox istəyirik. Bunun üçün bizdə hər şey var. Sadəcə oynamaq və qələbə qazanmaq qalır.  Qoy liderlər də bilsinlər ki, yeni favorit gəlir.

- Avrokubokların bu mövsümündəki təmsilçilərimizdən nə gözləyirsiz?
- Mən hələ o vaxt da demişdim ki, “Neftçi” çempion olacaq, oldu da. Bu komandaya çoxlu pullar xərclənir. Buna görə də “Neftçi”dən Çempionlar Liqasında daha böyük uğur gözləyirəm. Həmçinin “Qarabağ”, XL və AZAL-a da azarkeşlik edəcəyik. Amma təbii ki, əsas ümidlər “Neftçi” ilə “Qarabağ”adı. Ağdam klubu son iki ildə olduğu kimi, bu il də azarkeşləri daha çox sevindirməlidi.
 
- Avrokubokların qrup mərhələsinə düşməyimiz nə qədər realdı?
- Bunu biz hamımız istəyirik. Amma real baxsaq, bu, çox çətin olacaq. Amma əminəm ki, klublarımızdan biri buna nail olacaq. “Neftçi” bir neçə mərhələ keçə bilər. “Qarabağ” da qrup mərhələsinə düşə bilər. Amma təbii ki, çox şey püşkdən asılı olacaq.
 
- Qazaxıstan və Almaniya ilə oyunlarda ehtiyatda qalmağınızın səbəbi nə oldu?
- Mən şadam ki, yığmaya çağırılıram. Özümü zəif futbolçu hesab etmirəm və düşünürəm ki, həmin görüşlərdə forma geyə bilərdim. Həm qazaxlara, həm də almanlara qarşı oynamağa hazır idim. Amma baş məşqçi Berti Foqts ehtiyatda qalmağıma qərar verdi. Onun qərarına hörmətlə yanaşmağa borcluyam. Əminəm ki, gələcəkdə mənə də güvənəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.