14 iyun 2011 16:18
Mpenza: Çalışacağıq ki, Neftçini və Azərbaycanı layiqincə təmsil edək
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan "Neftçi" PFK-nın hücumçusu Emil Mpenza komandasının Çempionlar Liqasına hazırlığından danışıb. Azerisport.az xəbər verir ki, futbolçu bunları bildirib:
"Çempionlar Liqası mötəbər turnirdi. Mən İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi çempionatlarda iştirak etmişəm. Ancaq Çempionlar Liqası çox fərqli yarışdı. Buna görə də çox xoşbəxtəm ki, Avropanın ən böyük klub turnirində mübarizə aparacağıq. Çalışacağıq ki, "Neftçi"ni və Azərbaycanı layiqincə təmsil edib, azarkeşlərə sevinc hisləri bəxş edək".
