14 iyun 2011 16:44
Kəpəz`in yeni loqosu təqdim olundu
Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunun rəsmi loqosu ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov yayıb.
Onun sözlərinə görə, klubda ad dəyişikliyi olduğu üçün rəhbərlik yeni loqonun hazırlanması barədə göstəriş vermişdi. Bir neçə nümunə içərisində Kəpəz dağı xüsusi vurğulanan loqo qəbul olunub. Məqsəd Rəhimov artıq yeni loqaya uyğun digər atributların da yaxın vaxtlarda ictimaiyyətin diqqətinə çatdırılacağını əlavə edib.
