14 iyun 2011 17:14
Rauf Əliyevin meydana qayıdacağı tarix müəyyənləşdi
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Türkiyədəki təlim-məşq toplanışının 6-cı günündə komanda günü tək məşqlə keçirib.
Saat 10:30-da start götürən çalışma 100 dəqiqə davam etdi. Öncə 3 qrupda “kvadrat” oynayan futbolçular ardınca gücləndirici hərəkətlər yerinə yetiriblər. Sonra meydanın fərqli hissələrində topla müəyyən təmrinlər yerinə yetirən komanda məşqi beləcə başa vurub.
Məlum olduğu kimi, millinin Qazaxıstanla oyununda zədələnən Rauf Əliyev uzun müddətə sıradan çıxmışdı. Artıq 22 yaşlı forvard müayinə üçün İstanbula yollanıb. Yoxlama zamanı Raufun ən azı 2 həftə İstanbulda qalacağı müəyyənləşib. Rauf bu müddətdə həkim nəzarətində qalacaq. Ardınca komandanın düşrgəsinə qoşulacaq Rauf sağalma mərhələsininin uğurla keçməsini gözləyəcək. Bu periodun da təxminən 10-15 gün davam edəcəyini söyləmək olar. Təxminən 1 ay sonra Əliyev yüngül məşqlərə başlayacaq.
