14 iyun 2011 18:04
Əziz Yıldırım yenidən Azərbaycana gəldi
Türkiyənin "Fenerbahçe" klubunun prezidenti Əziz Yıldırım yenidən Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, klub rəhbəri bu günlərdə ölkəmizdə səfərdə olub.
"Zaman" qəzetinin məlumatına görə, Yıldırım ölkəmizə şəxsi işləri ilə əlaqədar səfər edib. Qəzet klub prezidentinrin son zamanlar Azərbaycana tez-tez gəldiyini xüsusi vurğulayıb. Azərbaycanda işlərini başa vuran Yıldırımın artıq dünən İstanbula qayıdıb.
Qeyd edək ki, Aziz Yıldırım mayın 24-də Azərbaycan Kubokunun "İnter" - "Xəzər Lənkəran" oyununu da canlı izləmişdi.
